NƏRMİN KAZIMOVA QADIN ŞAHMATÇILARIN RESPUBLİKA ÇEMPİONATINDA LİDERLİYİNİ QORUMUŞDUR
Bakı, 22 yanvar (AZƏRTAC). Şahmat Federasiyasının zalında qadınlar arasında keçirilən respublika çempionatında 9 tur oynanılmışdır.
Federasiyadan bildirmişlər ki, doqquzuncu tur çərçivəsində Nərmin Kazımova Türkan Məmmədyarova ilə heç-heçə edərək, aktivinə yarım xal əlavə etmişdir. Hazırda lider 6,5 xalla ən yaxın rəqiblərini 1 xal üstələyir.
Türkan və Zeynəb Məmmədyarovalar, Xəyalə İsgəndərova, Gülnar Məmmədova hərəyə 5,5 xal toplamışlar.
Turun digər qarşılaşmaları belə nəticələnmişdir: Zeynəb Məmmədyarova-Xəyalə İsgəndərova 0:1, Xəyalə Abdulla-Səbinə İbrahimova 1:0, Gülnar Məmmədova-Nərgiz Umudova 1:0, Turan Əsgərova-Elmira Əliyeva 1:0.
Dairəvi sistem üzrə keçirilən yarışda 10 tur oynanılacaqdır.
Turnirin ümumi mükafat fondu 3 min manatdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:57]
Çempionlar Liqası: "Sabah" “Slaviya Praqa”nı məğlub edir – YENİLƏNİB 3
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]