Nəsimi rayonunda şəhid ailəsinin yaşadığı binanın həyətində və mənzilində əsaslı təmir işlərinə başlanılıb
Bakı, 19 iyul, AZƏRTAC
Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.
Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli, ardıcıl və davamlı tədbirlər həyata keçirir. Şəhid ailələri və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Nəsimi rayonunda Vətən müharibəsi şəhid ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində şəhid Məmmədov Vüqar Elxan oğlunun ailə üzvlərinin yaşadıqları 3 otaqlı mənzildə əsaslı təmir işlərinə başlanılıb.
RİH başçısı və rayon icra hakimiyyətini məsul işçiləri qeyd olunan ünvanda olaraq şəhid ailəsinin üzvləri ilə görüşüb, onların qaldırdıqları məsələlərin operativ və keyfiyyətli həlli ilə əlaqədar təmir işlərini həyata keçirən aidiyyəti şəxslərlə müvafiq müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [19:21]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [17:59]
ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]