Nigerdə qiyamçılar BMT missiyası başçısının ölkədən çıxmasını tələb edib
Bakı, 11 oktyabr, AZƏRTAC
Nigerdə hakimiyyəti ələ keçirən qiyamçılar BMT-nin yerli missiyasının rəhbərindən 72 saat ərzində ölkədən çıxmağı tələb edib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, qiyamçılar, həmçinin BMT Baş katibi Antonio Quterreşi Fransanın və farankdilli Qərbi Afrika ölkələri iqtisadi birliyinin köməyi ilə Nigerin təşkilatın Baş Assambleyasında iştirakına əngəl törətməkdə ittiham ediblər. Dövlət çevrilişindən sonra Niameydə formalaşan milli şuranın rəsmi nümayəndəsi polkovnik Amadu Abdramanın sözlərinə görə, Antonio Quterreş Niger nümayəndə heyətinin rəsmi siyahısını nəzərə almayıb.
Xatırladaq ki, avqust ayında Antonio Quterreşin xüsusi nümayəndəsi Leonardu Santoş Şimaonun başçılıq etdiyi BMT missiyası Nigerin paytaxtı Niameyə gələrək qiyamçılarla görüşmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]