Nigeriyada avtobus minaya düşüb: 8 nəfər ölüb, 21 nəfər yaralanıb
Bakı, 13 aprel, AZƏRTAC
Nigeriyanın şimal-şərqində avtobusun minaya düşməsi nəticəsində azı 8 nəfər ölüb, 21 nəfər yaralanıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hadisə Mayduquri-Damboa avtomobil yolunda baş verib.
Partlayıcı qurğunun “Boko Haram” ekstremist qruplaşması tərəfindən yola qoyulduğu iddia edilir. Avtobus hərbçilərin mühafizəsi altında hərəkət edirdi.
Partlayışın baş verdiyi rayonun rəhbəri Lovan Maina yaralıların Maiduquri xəstəxanasına aparıldığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]