NİKAH AGENTLİKLƏRİ İSLAMA ZİDD DEYİLDİR
Beynəlxalq qadınlar gününün Misirdə rəsmən qeyd edilməməsinə baxmayaraq, ölkədəki subay qadınlar bu bahar bayramında maraqlı hədiyyə almışlar. AZƏRTAC-ın ərəb informasiya agentliklərindən aldığı xəbərə görə, Misirin ali müftisi şəriətə zidd getməyən nikah agentliklərinin, o cümlədən İnternetin fəaliyyətinin əleyhinə olmadığını bəyan etmişdir. O vurğulamışdır ki, nikah idarələri təkcə kommersiya mülahizələrini əsas tutmamalı, öz fəaliyyətlərini ailə təsisatının möhkəmləndirilməsinə də yönəltməlidirlər.
Misirdə nikah agentlikləri ancaq son illər geniş yayılmışdır. Lakin öz xidmətlərini, əsasən, xaricdə yaşayan misirlilərə təklif edən bu agentliklər müvafiq “dini-hüquqi baza” olmadan fəaliyyət göstərirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]