Niko Rosberq: “Mersedes” Bakıda qazandığı üstünlüyün səbəblərini başa düşməlidir
Bakı, 22 iyun, AZƏRTAC
“Mersedes” komandasının pilotu Niko Rosberqin fikrincə, bu komanda Avropa Qran-prisi yürüşlərində öz rəqibləri ilə müqayisədə sürət baxımından ağlasığmaz üstünlük əldə etməsinin səbəblərini araşdırmalıdır.
AZƏRTAC xəbər verir ki, Rosberq deyib: “Təəssüf ki, mən bunun səbəblərini bilmirəm. Lakin biz bu səbəbləri anlamağa çalışmalıyıq. Ona görə ki, bizim maşın bu uik-enddə ağlasığmaz sürət nümayiş etdirdi. Yürüşün birinci hissəsi daha yaxşı oldu, çünki, təhlükəsizlik avtomobili qarşıya çıxacağı halda onunla məsafə saxlamalı olduğumu bilirdim. Hər şey əla oldu. Trasda özümü çox yaxşı hiss edirdim”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]