Nizam-intizam qaydalarını pozduğuna görə 3 futbolçu millinin heyətindən kənarlaşdırılıb
Bakı, 4 iyun, AZƏRTAC
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, üç futbolçu - Xəyal Fərzullayev (“Sumqayıt”), Qurban Səfərov (“Şamaxı”) və Elcan Əbilov (“Neftçi”) nizam-intizam qaydalarını pozduğuna görə baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb.
“Qəbələ” klubunun üzvü - qapıçı Məmməd Muradov heyətə cəlb olunub.
Qeyd edək ki, U-19 iyunun 7-də və 10-da Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]