NORVEÇ KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB YENS STOLTENBERQƏ
Hörmətli cənab Baş nazir,
Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün Norveç xalqını ürəkdən təbrik edirəm.
Azərbaycan-Norveç münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bir çox sahələrdə, xüsusən də həyata keçirdiyimiz irimiqyaslı neft-qaz layihələrində dost ölkələrimizin əməkdaşlığı bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 4 may 2007-ci il.