NORVEÇDƏ BEYNƏLXALQ ŞAHMAT FESTİVALI DAVAM EDİR
Bakı, 5 yanvar (AZƏRTAC).Norveçin Qyevik şəhərində keçirilən beynəlxalq şahmat festivalında 7 tur oynanılmışdır.
Azərbaycan şahmatçılarından ən yaxşı nəticə göstərən Nicat Abbasov 7 mümkün xaldan 4 xal toplayaraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşmışdır. Zeynəb Məmmədyarova və Nərgiz Umudova da eyni xalla müvafiq olaraq 15 və 17-ci yerləri tuturlar. Türkan Məmmədyarova 3 xalla 29-cu, Xəyalə İsgəndərova isə həmin göstərici ilə 34-cü yerdədir.
Turnir cədvəlinə Litva şahmatçısı Aloyzas Kveynis (5 xal) başçılıq edir.
İsveçrə sistemi ilə keçirilən şahmat festivalına yanvarın 7-də yekun vurulacaqdır.
Yarışın qalibi adı uğrunda 70 şahmatçı mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]