Nottinq Hill karnavalının ilk günündən sonra 85 nəfər saxlanılıb
Bakı, 28 avqust, AZƏRTAC
London polisi Nottinq Hill karnavalının ilk günündən sonra 85 nəfəri saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya paytaxtının hüquq-mühafizə orqanları məlumat yayıb. Qeyd olunub ki, xüsusən 26 nəfər basqın məqsədilə silah saxlamaqda, 18 nəfər narkotik maddə saxlamaqda, 11 nəfər cinsi zorakılıqda şübhəli bilinir, daha 10 nəfər isə polis əməkdaşlarına silahlı hücum edib.
Nottinq Hill karnavalı 1964-cü ildən keçirilir. Bu, Avropada hər il bir milyondan çox britaniyalı və turistin ziyarət etdiyi ən böyük küçə festivalıdır. Londonda karnaval günlərində zorakılığın səviyyəsi və cinayətlərin sayı kəskin şəkildə artır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]