Növbəti GRE imtahanı keçiriləcək
Bakı, 20 fevral, AZƏRTAC
Təhsildə Qiymətləndirmə Xidmətinin kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı fevralın 22-də təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanacaq.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumat Mərkəzin saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:23]
“Mənim atam qəhrəmandır” – BDU-da şəhid övladları ilə görüş
- 12.10.2026 [14:23]