Növbəti tingpaylama aksiyası keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Bir ağac - min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası keçirilib.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla bildirir ki, Günəşli qəsəbəsində “Araz” marketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 39 ədəd işlənmiş batareya, ümumi tutumu 107 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırırıq.
Qeyd edilib ki, tingpaylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.