Noyabrda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələr sırasında Rusiya birincidir
Bakı, 30 dekabr, AZƏRTAC
Noyabrda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələr sırasında Rusiya (132,9 milyon dollar) birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayına istinadla bildirir ki, ötən ay qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə ikinci (48 milyon dollar) və Gürcüstan üçüncü (18,5 milyon dollar) yerdə qərarlaşıb.
Yanvar-noyabr aylarında isə Rusiyaya 820 milyon, Türkiyəyə 630,5 milyon, Gürcüstana 183 milyon, İsveçrəyə 166,5 milyon və Qazaxıstana 89,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.