Noyabrın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 6-9°, gündüz 12-15° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 775 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 0-5°, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 12-17° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və axşam bəzi yerlərdə yağıntılı, ayrı-ayrı yerlərdə
duman olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır .
Temperaturun gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcək, lakin səhər və axşam bəzi yerlərdə yağıntılı olacaqdır. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur.
Temperaturun gecə 1-6°, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında arabir yağış yağacaqdır.
Temperatur gecə 7-11°, gündüz 12-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin dəyişikliyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.