Noyabrın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 7-9°, gündüz 11-13° isti, Bakıda gecə 7-9°, gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 778 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 0-4° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 10-15° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Ayrı-ayrı yerlərdə duman olacaqdır. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 0-4° isti, bəzi yerlərdə 5°-dək şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 2-6°, gündüz 10-15° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Ayrı-ayrı yerlərdə duman olacaqdır. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 2-6°, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 7-11°, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.