NTV TELEŞİRKƏTİ JURNALİSTİNİN QƏTLİNDƏ ŞÜBHƏLİ BİLİNƏN ŞƏXS HƏBS OLUNMUŞDUR
Moskva Prokurorluğunun rəsmi nümayəndəsi Sergey Marçenko bildirmişdir ki, Velçevin təqsirini sübuta yetirən kifayət qədər dəlil toplanmışdır.
NTV-nin müxbiri, “Peşəsi - Peportyor” proqramının müəllifi İlya Ziminin cəsədi fevralın 26-da Moskvadakı mənzilində tapılmışdır.
Prokurorluğun mətbuat üçün məlumatında deyilir: “Prokurorluğun istintaq qrupu cinayət işini araşdırarkən Kaqul şəhərinin (Moldova) sakini 1984-cü il təvəllüdlü Velçev İqor Aleksandroviçdən şübhələnməyə əsas verən kifayət gədər dəlil toplamışdır. Hazırda Velçev istintaqdan gizlənir və onun barəsində axtarış elan olunmuşdur”.
NTV teleşirkəti qətldə şübhəli bilinən şəxs haqqında məlumata görə 1 milyon rubl mükafat vəd etmişdir. Moldova Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Alla Meleka məlumat vermişdir ki, respublika polisi iyunun 23-nə keçən gecə İ.Velçevi tutmuşdur. O, cinayətkarın həbsini operativ xidmətlərin şəksiz uğuru adlandırmışdır.