Nur-Sultanda binalar qrafitlərlə bəzədilib
Nur-Sultan, 27 mart, АZƏRTAC
Qazaxıstanlı gənc rəssamlar paytaxt Nur-Sultanda öz əsərlərini yaşayış binaları üzərində təqdim ediblər.
AZƏRTAC xəbər verir ki, paytaxtın 20 illiyinə həsr edilən incəsənət aksiyası bu sənəti populyarlaşdırmaq, habelə sakinlər və əcnəbi qonaqlarda mədəni ruhu yüksəltmək məqsədilə reallaşıb.
Layihəyə qoşulan 70 rəssamdan 26-nın əsəri qəbul edilib. Qrafit texnikası ilə işlənən rəsmlər Qazaxıstanın tarixini əks etdirir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan