Nurlan İsmayılbəyli: Müsabiqədə uğur qazanan namizədlərin iş yerindən imtina etməsi bizə mane olur
Bakı, 6 iyun, AZƏRTAC
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test və müsahibə mərhələsində uğur qazanan namizədlərin sonra iş yerindən imtina etməsi bizim manevr imkanlarımıza mane olur.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib. Onun sözlərinə görə, bu halda nazirlik bilik və bacarıqları daha aşağı olan şəxsi müddətli əsaslarla işə götürmək və növbəti il yenidən həmin yeri vakansiyaya çıxarmaq məcburiyyətində qalır: "Bu prosesdən ən çox əziyyət çəkən şagird olur. Çünki hər il yeni bir müəllimlə tədrisə davam edir. Digər tərəfdən qeydiyyatdan keçib imtahanlarda iştirak etməyənlər də çoxdur. Məsələn, ötən il MİQ üzrə 54 minə yaxın namizəd qeydiyyatdan keçsə də, 10 minə yaxını iştirak etməyib".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]