Nursultan Nazarbayev: Pandemiya qarşıdakı onilliyə təsirsiz ötüşməyəcək
Nur-Sultan, 4 fevral, AZƏRTAC
Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının iclasını keçirib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın birinci prezidenti pandemiyanın ölkə üçün yaratdığı əsas təhdidləri açıqlayıb.
Qazaxıstanın da digər ölkələrlə birlikdə təhlükəsizlik mühitində keyfiyyət dəyişiklikləri dövrünə qədəm qoyduğunu bildirən Nursultan Nazarbayev iqtisadi təhlükəsizlik, kiber təhlükəsizlik, informasiya təhlükəsizliyi və xüsusilə insan kapitalının təhlükəsizliyinin təmin edilməsi məsələlərinə diqqət yetirib.
“Biz bir dövlət və vahid millət kimi dönüş mərhələsinə gəlib çıxmışıq. Koronavirus infeksiyası özünəməxsus bir dönüş oldu. Bu, gələn on il ərzində öz təsirini göstərəcək. Artıq bu gün milli təhlükəsizliyin ənənəvi çağırışlarının transformasiyası baş verir, yeni asimmetrik və hibrid təhdidlər meydana çıxıb”, - deyə sabiq prezident bildirib.
“Əsl təhlükə mineral-xammal ehtiyatlarının qiymətinin düşməsi deyil, millətin intellektual potensialının keyfiyyətinin azalması riskidir. Bu, ilk növbədə təhsilə aiddir. Biz burada inkişaf etmiş ölkələrdən hələ ciddi geri qalırıq. Təhsil yaxın onillik üçün milli ideyamız olmalıdır”, - deyə N.Nazarbayev vurğulayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]