NYT: Bayden üç ştatda və Kolumbiya dairəsində ilkin seçkilərdə qalib gəlib
Bakı, 5 iyun, AZƏRTAC
ABŞ-ın hazırkı Prezidenti Co Bayden Nyu-Cersi, Nyu-Meksiko, Cənubi Dakota ştatlarında və Kolumbiya dairəsində Demokratlar Partiyasının ilkin seçkilərində (praymeriz) qalib gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Məlumata görə, Bayden Nyu-Cersidə demokratların səslərinin 89 faizini, Nyu-Meksikoda 86 faizini, Cənubi Dakotada 75 faizini və Kolumbiya dairəsində 87 faizini qazanıb.
Demokratların ilkin seçkiləri Montana ştatında da davam edir. Baydenin Montana praymerizində də ciddi rəqibləri yoxdur.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Keçmiş prezident Donald Tramp artıq Respublikaçılar Partiyasından dövlət başçısı olmaq üçün lazımi nümayəndə səslərini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]