Oğurluq edən şəxslər polis tərəfindən yaxalanmışlar
Bakı, 14 mart (AZƏRTAC). Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Mehman Əliyevin həyətindən 800 metr elektrik kabeli və təmir-tikinti alətlərini oğurlamış Bakı şəhər sakinləri Əlizamin Abbasov və Mirkənan Əmirovu yaxalamışlar.
Həmçinin martın 12-də Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Amil Əkbərova məxsus “Çay evi”ndən televizor oğurlamış Bakı sakini Zakir Bünyatov tutulmuşdur.
Martın 6-da paytaxt sakini Əli Həsənovun hesabındakı 1500 manat bankomatdan başqası tərəfindən çıxarılmışdır.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Siyəzən sakini Məmmədşah Dadaşov yaxalanmışdır.
Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən il sentyabrın 8-də Elmira Axundovaya məxsus ticarət obyektindən 150 manat məbləğində pul və mobil telefon oğurlamış Sumqayıt sakini Adıgözəl Məhərrəmov tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]