Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Milli Olimpiya Komitəsində (MOK) Olimpiya idman növləri üzrə federasiyalar üçün sosial media və marketinq seminarı keçirilib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova federasiya nümayəndələri üçün təşkil olunan seminarın əhəmiyyətindən danışıb. Bildirib ki, bu seminar federasiyalar üçün Olimpiada ərəfəsində çox faydalı olacaq.
Sonra “Paris-2024” Yay Olimpiya Oyunları ilə bağlı promoçarx nümayiş olunub.
Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva "MOK-un Paris-2024 Yay Olimpiya Oyunlarına dair strategiyası" adlı məruzə ilə çıxış edib. O, həmçinin Paris-2024-ə dair qaydalar və tövsiyələr barədə məlumat verib.
"MOK-un informasiya mübadiləsi üzrə strategiyası" barədə danışan qurumun mətbuat katibi Murad Fərzəliyev bildirib ki, istənilən informasiyanın hazırlanması və yayımlanması böyük məsuliyyət tələb edir. Çünki bu gün verilən informasiya özünün mahiyyətinə, mövzusuna və faktların dürüstlüyünə görə idman tarixi üçün böyük əhəmiyyətə malikdir. O qeyd edib ki, MOK-un informasiya mübadiləsi üzrə strategiyasında sosial şəbəkə və KİV-lərlə yanaşı, federasiyaların mətbuat xidmətləri ilə də qarşılıqlı və işgüzar əlaqələrin yaradılmasına xüsusi önəm verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2025 [19:45]
Misli Premyer Liqası: “Araz-Naxçıvan” üçüncü yeri təmin edib
- 17.05.2025 [17:20]
AAF “Sürətin evolyusiyası”nda klassik avtomobilləri təqdim edib
- 17.05.2025 [15:25]
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub
- 16.05.2025 [17:48]
“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
- 16.05.2025 [17:46]
"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur
- 16.05.2025 [17:41]
UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək
Almaniyanın Azad Demokratlar Partiyasının yeni sədri seçilib
- 16.05.2025 [23:57]
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
- 16.05.2025 [22:40]
Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib
- 16.05.2025 [22:06]
Ağstafada yol qəzası olub, xəsarət alan var
- 16.05.2025 [21:34]
DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
- 16.05.2025 [21:33]
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
- 16.05.2025 [21:02]
Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib
- 16.05.2025 [20:09]