ÖLKƏ İQTİSADİYYATINA KREDİT QOYULUŞUNUN HƏCMİ 11,9 FAİZ ARTMIŞDIR
Kreditlərin 2179,8 milyard manatı (74,9 faizi) qısamüddətli, 729,2 milyard manatı (25,1 faizi) uzunmüddətlidir. Qısamüddətli kreditlərin 216,1 milyard manatını, yaxud 9,9 faizini və uzunmüddətli kreditlərin 74,8 milyard manatını, yaxud 10,3 faizini vaxtı keçmiş kreditlər təşkil edir.
Dövlət bankları iqtisadiyyata 1402,7 milyard manat (48,2 faiz), özəl banklar 1175,1 milyard manat (40,4 faiz), qeyri-bank kredit təşkilatları 331,2 milyard manat (11,4 faiz) kredit qoymuşlar.
Kreditlərin 848,9 milyard manatı (29,2 faizi) dövlət sektoruna, 2060,1 milyard manatı (70,8 faizi) isə özəl sektora yönəldilmişdir.