İQTİSADİYYAT
Ölkədəki poçt şöbələrinin sayı açıqlanıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən poçt şöbələrinin sayı açıqlanıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, ötən ilin sonuna ölkədə 1685 poçt şöbəsi fəaliyyətdə olub, bunun da 397-si şəhər, 1288-i isə kənd yerlərində xidmət göstərib.
Poçt müəssisələrində çalışan işçilərin ümumi sayı 6185 olub. Xidmət göstərən 1494 nəfər poçtalyon və kuryerin 1064-ü şəhər, 430-u isə kənd yerlərində çalışıb.
Hava nəqliyyatı ilə göndərilən poçt bağlamaları 100 ton olub.
Qeyd edək ki, ötən il poçt və kuryer xidmətlərinin dəyəri 59 milyon 54 min manat təşkil edib. Bu göstəricinin 1 milyon 264 min manatı xüsusi poçt rabitəsinin payına düşüb.