Ölkəmizdə koronavirusla əlaqədar daha 7 min 274 test aparılıb
Bakı, 25 iyun, AZƏRTAC
Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 274 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 449 min 235-ə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Xatırladaq ki, iyunun 25-də Azərbaycanda koronavirus infeksiyasına daha 547 yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 14 min 852 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 8 min 59 nəfər müalicə olunaraq sağalıb, 180 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 min 613 nəfərdir. Xəstələrdən 174 nəfəri reanimasiyadadır ki, onlardan da 32-si süni tənəffüs cihazına qoşulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]