CƏMİYYƏT
Ölkənin ən yaşlı polis veteranı Əlikişi Cümşüdovun doğum günü qeyd olunub
Bakı, 3 iyul, AZƏRTAC
Ölkənin ən yaşlı polis veteranı Əlikişi Cümşüdovun 98 yaşı tamam olub. Bu münasibətlə Nərimanov rayon gəncləri Əlikişi Cümşüdovu ziyarət edib, onu doğum günü və 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.
Qeyd ediblər ki, gəncliyin çətin illərində məşəqqətli günlər yaşamış, uzun döyüş yolu keçmiş, üç dəfə yaralanmağına baxmayaraq yenidən səngərə qayıtmış veteran müharibədən sonra da xidmətdəki nümunəvi fəaliyyəti, dəqiqliyi ilə seçilib, kollektivin hörmətini qazanıb. Hazırda ölkəmizin ən yaşlı polis veteranıdır.
Eyni zamanda, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə təşkil olunmuş onlayn bayram tədbirində iştirak edən 100 gənc polis veteranı Əlikişi Cümşüdovu doğum günü və 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə təbrik edib.