ÖLKƏYƏ QANUNSUZ GƏTİRİLƏN AVTOMOBİLLƏR AŞKARLANMIŞDIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu faktlarla bağlı ötən il dövlət büdcəsinə 217 milyon 114 min 276 manat vəsait köçürülmüşdür. Hüquq mühafizə və vergi orqanları ilə birgə əməkdaşlıq nəticəsində cinayətkarlıqla mübarizə istiqamətində müxtəlif tədbirlər həyata keçirilmiş, nəticədə qaçaqmalçılığa və gömrük ödənişlərindən yayınmağa cəhd göstərən onlarla hüquqi və fiziki şəxs barəsində müvafiq tədbirlər görülmüşdür.