“ÖLÜLƏR” KOMEDİYASI YENİ QURULUŞDA
Əsərin quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yeni traktovkada ölünün dirilməsi məsələsinə məhz xalqın inamı amili əsas götürülmüşdür. İslam dininin qüdrəti və əzəməti də elə bu inamdadır. Yəni, dünyasını dəyişmiş insanın ruhu yaşayır və o hər zaman bizimlədir. Aktyorların əsas məqsədi də tamaşada həmin inamdan doğan faciəni canlandırmaqdır.
Səhnə əsərinin bədii tərtibatçısı Dövlət mükafatı laureatı, əməkdar rəssam Nazim Bəykişiyev, musiqi tərtibatçısı Samir Fərzəlibəyovdur.
Əsas rollarda xalq artistləri Əliabbas Qədirov, Yaşar Nuri, Hacı İsmayılov, Zərnigar Ağakişiyeva, əməkdar artistlər Rəfael Dadaşov, Sevil Xəlilova və başqaları oynayacaqlar.
“Ölülər” tamaşasının premyerası mart ayında olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]
İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]