Oman sahillərində ikinci tanker vurulub
Qahirə, 1 avqust, AZƏRTAC
Hörmüz boğazında Omanın sahillərində neft tankeri naməlum mərmi ilə vurulub. Bu, gün ərzində tankerin vurulması ilə bağlı ikinci hadisədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hadisə Omanın Xasab şəhərindən təxminən 21 dəniz mili şimal şərqdə qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgədəki sahil mühafizə qüvvələri məlumatlandırılıb, insidentlə bağlı araşdırma aparılır.
Xatırladaq ki, birinci hadisə Omanın Lima limanından təxminən 20 kilometr şimal-şərqdə qeydə alınıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]