OMBUDSMAN BEYNƏLXALQ QADINLAR KONQRESİNDƏ İŞTİRAK ETMİŞDİR
İyirmidən artıq ölkənin - ABŞ, Böyük Britaniya, Yaponiya, İsrail, Pakistan və digər ölkə nümayəndələrinin iştirak etdiyi tədbirdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Pakistan baş nazirinin qadın məsələləri üzrə məsləhətçisi Nilufər Bəxtiyar tədbirin məqsəd və məramından danışmışlar.
Konqresdə ombudsman E.Süleymanova “Müstəqillik dövründə demokratikləşmə və qadın təşkilatları” mövzusunda məruzə etmişdir. O, Ermənistanın təcavüzü nəticəsində respublikamıza və xalqımıza vurulmuş maddi və mənəvi zərəri, torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon soydaşımızın qaçqına və məcburi köçkünə çevrildiyini iştirakçıların diqqətinə çatdırmışdır. İnsan hüquqları üzrə müvəkkil ölkəmizdə əhalinin müxtəlif təbəqələrinin, o cümlədən qadınların hüquqlarının təmin olunması istiqamətində görülmüş işlər barədə danışmış, qadın hüquqlarının əsas insan hüquq və azadlıqları arasında mühüm yer tutduğunu, bu gün ölkəmizin inkişafı prosesində və cəmiyyət həyatında qadınların da fəal iştirakının təmin edilməsi istiqamətində zəruri addımlar atıldığını bildirmişdir. Onun məruzəsi bu beynəlxalq tədbirlə bağlı internet səhifəsində və ölkəmizin İstanbuldakı konsulluğunun saytında yerləşdirilmişdir.
Ombudsman Azərbaycanın İstanbuldakı konsulluğuna gedərək, qardaş ölkədə təhsil alan tələbələrimizin problemləri ilə də maraqlanmışdır.