Ombudsman: İnklüzivlik seçim deyil, insan hüququdur
Bakı, 3 dekabr, AZƏRTAC
3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə təqdim edilən videoçarx inklüziv cəmiyyətin təbliğini və əlilliyi olan şəxslərin hüquqlarının tam həyata keçirilməsinin vacibliyini önə çıxarır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, inklüzivlik seçim deyil, insan hüququdur və cəmiyyətdə hər bir şəxs bərabər imkanlardan faydalanmaq hüququna malikdir.
“Bu xüsusda televiziya kanallarının, həmçinin aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən media nümayəndələrinin, blogerlərin və influenserlərin göstərdiyi dəstəyi yüksək qiymətləndirərək səmimi təşəkkürümüzü bildirir, mövzunun həssaslığını nəzərə alıb məsələni daim gündəmdə saxlanmasını vacib hesab edirik. Gəlin birlikdə inklüziv cəmiyyətin qurulmasına dəstək olaq və hər kəsin bərabər imkanlara sahib olması üçün birgə çalışaq”, - deyə S.Əliyeva əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]