OMBUDSMAN JURNALİST ARAŞDIRMALARI MÜSABİQƏSİNİN QALİBLƏRİNİ TƏBRİK ETMİŞDİR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsi üzrə keçirdiyi jurnalist araşdırmaları müsabiqəsinin qaliblərinə təbrik məktubu göndərərək, insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətlərinə, Azərbaycan taleyüklü məsələlərinin, haqq işinin dəstəklənməsində və işıqlandırılmasında, ədalətli məhkəmə araşdırmaları aparılmasında fərqləndiklərinə görə təşəkkürünü bildirmişdir.
Müsabiqənin qaliblərinə yaradıcılıq uğurları arzulayan Ombudsman jurnalistləri qarşılıqlı səmərəli əməkdaşlığa dəvət etmişdir.