OMBUDSMAN TƏNHA AHILLARIN YAŞADIĞI PANSİONATDA OLMUŞDUR
Ombudsman buradakı sakinlərin yaşayış şəraitində müsbət dəyişikliyin şahidi olduğunu vurğulayaraq bildirmişdir ki, son illər vətəndaşların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən ahılların sosial müdafiə sisteminin, pensiya təminatının təkmilləşdirilməsi istiqamətində xeyli iş gorülmüşdür.
Müvəkkil Elmira Süleymanova pansionata baxış keçirmiş, yaşlı sakinlərin yaşayış şəraiti, səhhəti, müalicəsi, qidalanması vəziyyəti ilə maraqlanmışdır.
Ahıllar yaradılan şəraitdən razılıq etmiş, göstərdiyi qayğı və diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.