“OMBUDSMANIN HƏMKARLAR İTTİFAQLARI İLƏ ƏMƏKDAŞLIĞI” MÖVZUSU MÜZAKİRƏ OLUNMUŞDUR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova ölkəmizdə əmək hüquqlarının qorunması və sosial problemlərin həlli istiqamətində görülən işlər barədə məlumat vermişdir. O, sosial sahəni tənzimləyən qanunvericiliyin təkmilləşdirildiyini, sosial yardım proqramlarının həyata keçirildiyini diqqətə çatdırmışdır.
AHİK-in sədri S.Mehbalıyev “Həmkarlar ittifaqları üzvlərinin hüquqlarının müdafiəsində Azərbaycan həmkarlar ittifaqlarının rolu” mövzusunda məruzəsində təmsil etdiyi qurumun tarixindən, fəaliyyətindən və problemlərindən danışmışdır.
Yığıncaqda işsizliyin aradan qaldırılması və əhalinin məşğulluğunun təmin edilməsi, özəl sektorda işçilərin əmək hüquqlarının qorunması vətəndaşların əmək hüquqlarının müdafiəsində qeyri-hökumət təşkilatlarının rolu və dıgər məsələlərə dair çıxışlar dinlənilmiş, mövzu ətrafında fikir nübadiləsi aparılmışdır.