İDMAN
“Omoniya”nın daha bir futbolçusu “Qarabağ” ilə oyunu buraxacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
Kiprin “Omoniya” komandasının daha bir futbolçusu “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının qrup matçını buraxacaq.
AZƏRTAC xəbər verir ki, uzun müddətdir zədədən əziyyət çəkən Yannis Kusulosun Ağdam təmsilçisi ilə oyunu buraxacağı dəqiqləşib.
İyirmi beş yaşlı kiprli müdafiəçinin sıraya nə vaxt dönəcəyi bəlli deyil.
Daha əvvəl Nikosiya təmsilçisində ABŞ-dan olan yarımmüdafiəçi Miks Diskerudun “Qarabağ”la görüşdə iştirak etməyəcəyi açıqlanıb.
Sentyabrın 30-da keçiriləcək “Omoniya” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2024 [19:04]
İdman dırmanması üzrə Açıq Respublika Turniri keçirilib
- 14.10.2024 [18:21]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar
- 14.10.2024 [17:55]
Keniyalı atlet inanılmaz dünya rekordu qırıb
- 14.10.2024 [17:10]
Vaqif Cavadov: “Sumqayıt”ı çətin vəziyyətdən çıxarmalıyam
- 14.10.2024 [16:02]