CƏMİYYƏT
On ayda DSMF 252 mindən çox vətəndaş müraciətini cavablandırıb
Bakı, 29 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə ünvanlanan 252 min 334 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müraciətlərdən 224 min 656-sı rəsmi məktub və telefon zəngi, 27 min 678-i isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.