ON BİR AYDA VERGİLƏR NAZİRLİYİNİN PULSUZTELEFON XİDMƏTİNƏ 113.312 NƏFƏR MÜRACİƏTETMİŞDİR
Şöbədən onu da bildirmişlər ki, həftənin I-V günləri saat 9.00-dan 18.00-dək vergi ödəyicilərinin bütün suallarını vergi orqanı əməkdaşları cavablandırırlar. İş günləri saat 18.00-dan sonra, eləcə də istirahət və bayram günlərində telefon xidməti avtomatik rejimdə çalışır və suallar elektron operator tərəfindən standart formalarda cavablandırılır. Bu zaman vergi ödəyicilərinə Azərbaycan, rus və ingilis dillərində Azərbaycan Respublikasında mövcud vergi növləri haqqında ümumi məlumatlar verilir.