OPİK BAKI-TBİLİSİ-CEYHANLA BAĞLI SİYASİSIĞORTAYA 100 MİLYON DOLLAR AYIRACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Birləşmiş Ştatların Xarici Özəl Sərmayə Korporasiyası (OPİK) Bakı-Tbilisi-Ceyhan neft kəmərinə kredit verən ticarət banklarının pullarının siyasi sığortasına 100 milyon dollar vəsait ayıracaqdır. Bu məlumatı korporasiyanın Vaşinqton ofisi yaymışdır. Korporasiya bildirir ki, boru kəmərinin marşrutu yerli və beynəlxalq təhlükəsizlik, insan hüquqları, ətraf mühit məsələləri və sosial məsələlər nəzərə alınaraq diqqətlə seçilmişdir.
OPİK-in prezidenti Piter Vatson hesab edir ki, bu layihə Qafqazın qlobal iqtisadiyyata inteqrasiyasına töhfə verəcək və ərazisindən kəmər keçən dövlətlərin əhalisinə inkişaf baxımından mühüm fayda gətirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]