“OPUS DEİ” TƏŞKİLATI “DA VİNÇİ KODU” İLƏ MÜBARİZƏYƏ BAŞLAMIŞDIR
Filmin İtaliyada ilk nümayişində kinoteatrlar tamaşaçılarla dolu olmuşdur. Verona kinoteatrlarından birinin qarşısında ənənəçi katoliklərin etiraz nümayişi keçirilmişdir. Bu günlərdə isə bir neçə müəllifin yazdığı “Da Vinçi kodu: yalan və tarixi saxtalaşdırmalar” kitabı satışa çıxarılmışdır. Den Braunun kitabda təsvir etdiyi yeganə real adam, italiyalı mühəndis Mauritsio Seraçini müəlliflər arasındadır. Təkzibedici kitabın müəllifləri “Da Vinçinin kodu”nu “səhvlər komediyası” adlandırırlar. Onlardan biri, İtaliya tarixçisi Franko Kardini demişdir: “Ümidvaram ki, Den Braun tezliklə unudulacaq və kitabın satışı hüququndan əldə etdiyi 300 milyon dollardan sakitlikdə zövq alacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]