Orta məktəblərdən oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 11 aprel, AZƏRTAC
Nizami rayonunda orta məktəblərdən oğurluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayondakı orta məktəblərin birinin sinif otağından 748 manat dəyərində proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.İdrisov saxlanılıb.
Onun ətrafında aparılmış tədbirlərlə həmin şəxsin digər bir orta məktəbdən bir ədəd proyektor və iki noutbuk oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar davam edir.