OSLO ŞƏKİL QALEREYASINA SİLAHLI BASQIN EDİLMİŞDİR
Maskalanmış silahlı quldurlar tamaşaçıların gediş-gəlişinin qaynar çağında qalereyaya daxil olmuşlar. Mühafizəçiləri tərksilah və tamaşaçıları yerə sərilməyə məcbur edən oğrular rəsm sənətkarlığı sahəsində müasir ekspressionizmin banisi, məşhur norveç rəssamı Edvard Munxun 1894-cü ildə yaratdığı dünya şöhrətli iki qiymətli əsərini - "Fəryad" və "Madonna" tablolarını muzey divarlarından qopararaq yoxa çıxmışlar.
Norveç polisi bütün dünya ölkələrini şəkillərin və cinayətkarların axtarışı işinə yardımçı olmağa çağırmışdır.
İncəsənət ekspertlərinin rəyinə görə, oğurlanmış tabloların hər birinin qiyməti 75-80 milyon ABŞ dolları dəyərindədir.
Xatırladaq ki, “Fəryad” tablosu ikinci dəfədir ki, oğurlanır. Bu əsər 1994-cü ildə də muzeydən oğurlanmış, bir neçə il axtarışdan sonra yenidən tapılmış və muzeyə qaytarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]