Ötən il 346 müəllifin 660 əsəri qeydiyyatdan keçirilib
Bakı, 10 mart, AZƏRTAC
2024-cü ildə 346 müəllifin (hüquq sahibinin) 660 əsəri, o cümlədən 306 müəllifə məxsus 543 əsər elektron qaydada qeydiyyatdan keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyinin hesabatında qeyd olunub. Qeydiyyatdan keçirilmiş əsərlərin 138-i musiqili əsərdir, bu da 2023-cü illə müqayisədə 56 faiz çoxdur. Qeydiyyata alınmış audiovizual əsərlərin sayı 96 (2023-cü ildə 4 audiovizual əsər) olub. 42 dizayn əsəri (2023-cü ildə 16), 16 dekorativ tətbiqi sənət əsəri (2023-cü ildə isə
7) və 5 multimedia əsəri (2023-cü ildə qeydiyyat üçün multimedia əsəri təqdim olunmayıb) qeydiyyata alınıb.
Hüquqların verilməsi barədə 35 müəllif müqaviləsi (2023-cü ildə 29) və 32 kompüter proqramı qeydiyyatdan keçirilib.
Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 16 min 228 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən 2125 əsər elektron qaydada qeydiyyatdan keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]