Ötən il Azərbaycanda 113, 1 min qadın dünyaya körpə gətirib
Bakı, 4 sentyabr, AZƏRTAC
Ötən il Azərbaycanda 113,1 min qadın dünyaya körpə gətirib. Onların 105,2 mini vaxtında, 4,5 mini vaxtından əvvəl doğuşla dünyaya gəlib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hamiləliyini baş çatdırmış anaların 27, 7 min nəfərində anemiya, 3 min nəfərində proteinuriya, ödemlər və hipertenziv halları, 3 min nəfərində sidik-cinsiyyət sisteminin xəstəlikləri, 2,1 min nəfərində venoz fəsadları, 877 nəfərində qan dövranı sisteminin xəstəlikləri, 222 nəfərində şəkərli diabet olub.