ÖTƏN İL AZƏRBAYCANDA 574 HƏRRAC KEÇİRİLMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən birjalar tərəfindən ötən il keçirilən 574 hərracda 1 milyard 335 milyon manatlıq valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və istehsal-texniki təyinatlı məhsullar realizə olunmuşdur. Dövriyyənin ümumi həcmi 2004-cü illə müqayisədə 20 faiz artmışdır.
Bakı Banklararası Valyuta Birjası 281 hərrac keçirərək, 769 milyon manatlıq valyuta satmış və 43,7 milyon manatlıq kredit əməliyyatı aparmışdır. Bakı Fond Birjasında isə 521 milyon manatlıq və ya 2004-cü ildəkindən 6,2 dəfə çox qiymətli kağızlar satılmışdır. Əmtəə birjalarında istehsal-texniki təyinatlı məhsulların və daşınmaz əmlakın satışı azalmışdır.