ÖTƏN İL AZƏRBAYCANIN XARİCİ SİYASƏTİUĞURLU OLMUŞDUR
Ötən il xarici siyasətdə müsbət hadisələrin baş verdiyini söyləyən Prezident İlham Əliyev demişdir ki, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ BMT-nin gündəliyinə salınmış, ATƏT işğal edilmiş torpaqlara faktaraşdırıcı missiyasını göndərmiş və missiya işğal olunmuş torpaqlarda ermənilərin qanunsuz məskunlaşmasını aşkar etmişdir. Avropa Şurasının 2005-ci ilin əvvəlində bu məsələyə dair qəbul etdiyi çox dəyərli qətnamədə Ermənistan ilk dəfə işğalçı dövlət kimi tanınmışdır.