Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 363,5 milyon dollar olub
Minsk, 27 yanvar, AZƏRTAC
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 363,5 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, hesabat dövründə Azərbaycandan Belarusa ixracın dəyəri 96,8 milyon dollar, idxalın həcmi isə 266,7 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin yanvar-dekabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 424,5 milyon ABŞ dolları təşkil edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]