ÖTƏN İL RABİTƏ MÜƏSSİSƏLƏRİNDƏ 240 İŞ YERİ YARADILMIŞDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il “Azərpoçt” Dövlət Müəssisəsi fəaliyyət dairəsini genişləndirmiş, nəticədə 240 yeni iş yeri yaradılmış, 145 yeni poçt şöbəsi tikilmiş, o cümlədən 37 kənddə ilk dəfə poçt şöbəsi açılmışdır. 3 min ədəd yeni poçt qutusu quraşdırılmışdır.