ÖTƏN İL ZƏRDABDA 1840-DAN ÇOX İŞ YERİ AÇILMIŞDIR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi, sahibkarlara göstərilən dövlət qayğısı keçən il Zərdab rayonunda ənənəvi sənaye və kənd təsərrüfatı sahələrinin inkişafına, yeni istehsal və xidmət müəssisələrinin açılmasına imkan vermişdir ki, bu da yüzlərlə sakinin məşğulluğuna şərait yaratmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 2005-ci ildə bölgədə 1849 yeni iş yeri açılmışdır. Bunun 270-i daimi, 1148-i müvəqqəti, 431-i isə mövsümidir. Ümumiyyətlə, son iki ildə rayonda 2903 iş yeri yaradılmışdır. Bunların 620-si daimidir.