Otuz altı ölkə borclarının ertələnməsi üçün G20-nin katibliyinə müraciət edib
Qahirə, 29 may, AZƏRTAC
Hazırda G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi bildirib ki, COVID-19 pandemiyasına qarşı mübarizə və iqtisadiyyatın dirçəldilməsi məqsədilə 36 ölkə borclarının ertələnməsi üçün bu təşkilatın katibliyinə müraciət edib. Krallığın Maliyyə naziri bu məlumatı G20 ölkələrinin maliyyə məsələləri üzrə işçi qrupunun virtual iclasında verib.
AZƏRTAC xəbər verir ki, G20 ölkələri qrupunun nəzdində yaradılmış Borc Xidmətlərinin Dayandırılması Təşəbbüsü (DSSI) ağır sosial-iqtisadi vəziyyətə düşmüş ölkələrə təcili yardım göstərilməsi məqsədilə artıq 14 milyard dollar həcmində vəsait ayırıb. Qeyd olunub ki, BMT-nin də müraciətinə uyğun olaraq, Afrika ölkələrinin dövlət borclarının ertələnməsi prioritet vəzifədir.
Səudiyyə Ərəbistanı G20-nin sədri kimi BMT-nin təşəbbüsü ilə keçirilən “COVID-19 pandemiyası dövründə və sonra inkişafın maliyyələşdirilməsi” adlı virtual iclasda da pandemiyadan sonra qlobal iqtisadiyyatın dirçəldilməsi, maliyyə problemlərinin həlli məsələlərinin müzakirəsində iştirak edib. Krallığın Maliyyə naziri Məhəmməd əl-Cədaan bildirib ki, onun ölkəsi bu məqsədlə beynəlxalq təşkilatlara 500 milyon dollar ayırıb. O əlavə edib ki, pandemiya ilə mübarizəyə əlavə 8 milyard dollar vəsait tələb olunur. Əl-Cədaan varlı ölkələri bu ağır vəziyyətdə Afrika və Latın Amerikası dövlətlərinə yardım etməyə çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [10:49]
Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq
- 17.06.2026 [10:31]
“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq
- 17.06.2026 [10:20]
BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb
- 17.06.2026 [08:38]
Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları
- 17.06.2026 [08:04]
Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib
- 17.06.2026 [07:03]
İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır
- 17.06.2026 [05:14]
Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]