Azərbaycan Dövlət İnformasiya Agentliyi

Övladının yaddaşında “Vətən” adı ilə qalan şəhid - Eldar Abdullayev

Bakı, 2 oktyabr, Süleyman Qaradağlı, AZƏRTAC

“Evim-eşiyim laylay, güllü beşiyim laylay...” Anaların körpələrin beşiyi başında onları yuxuya vermək üçün oxuduqları laylaları kim eşitməyib? Bu laylaları eşidə-eşidə, ona qulaq asa-asa güllü beşikdəki körpə yuxuya gedib.

“Biri var idi, biri yox idi”... Bir də bu sözlərlə başlayan nağıllara qulaq asa-asa böyümüşük.

Asya ilə Aysunun həyatında da belə olub. Amma onlara laylanı anaları yox, ataları Eldar deyib.

O, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Eldar Firidin oğlu Abdullayevdir. Onun həyat yoldaşı Fatimə xanım AZƏRTAC-ın müxbiri ilə söhbətində xəyalən həmin günlərə qayıdır: “Eldar öz ailəsinə, hərbi həkim peşəsinə çox sədaqətli idi. Düz 22 il idi ki, baş gizir kimi öz peşə borcunu yerinə yetirirdi. Uzun illər cəbhəyanı bölgələrdə işləmişdi. Vətən müharibəsi günlərində qulağından yaralanmışdı, hətta bir qulağı eşitmək qabiliyyətini itirmişdi. Buna baxmayaraq, hərbi həkim kimi peşəsinin məsuliyyətini dərindən dərk edir və torpaqlarımızın işğalçılardan azad edilməsi üçün hər şeyə hazır idi. Qızlarını çox sevirdi, onlara layla deyəndə arabir hərbi marşlardan da oxuyurdu. Onların bir istəyini də geri çevirməzdi”.

Bacılarından fərqli olaraq, Ahu atasının nə üzünü görüb, nə də oxuduğu laylaları eşidib. Çünki o, dünyaya gələndə atası artıq dörd ay idi ki, əbədiyyətə qovuşmuşdu. Onun laylasını da, nağılını da anası, nənəsi deyib. Ona söylənən nağıl gerçək nağıl olub - qəhrəmanlıq, igidlik nağılı. Ahuya söylənən nağıl həmişə bu sözlərlə başlayıb: “Biri vardı, biri yoxdu, bu dünyada bir Eldar var idi...”.

Fatimə xanım deyir ki, 2020-ci il sentyabrın 27-də torpaqlarımız uğrunda haqq savaşı başlayandan sonra da hər gün evə zəng edirdi. “Elə gün olmazdı ki, evə zəng edib, bizi sakitləşdirməsin. Hər səhər tezdən zəng edib, mənə bərk-bərk tapşırırdı ki, dərmanlarını vaxtlı-vaxtında qəbul elə. Bir də deyirdi ki, heç nədən narahat olmayın, hər şey yaxşıdır. Oktyabrın 2-si tezdən durub, ona zəng etdim, cavab vermədi, özüm də çox narahat idim, yaşadığımız binanın qarşısına çoxlu hərbçilər, polislər, mülki adamlar toplaşmışdı. Özümə yer tapa bilmədim. Qohumlara, dostlarına və yanında olan hərbçi yoldaşlarına zəng edib, onu soruşdum. Xəbər ona çatan kimi zəng etdi: Ay Fatimə, nə olub, niyə aləmi bir-birinə qatmısan? Dedim, bəs, binamızın həyətinə çoxlu insan toplaşıb, adamın ürəyinə hər şey gəlir. Dedi, qonşunun oğlu şəhid olub. Sən bizdən narahat olma, burada hər şey yaxşıdır. Şəhid olduğu gün - oktyabrın 18-də həmişəki kimi səhər tezdən zəng etdi, hal-əhval tutdu, uşaqları soruşdu, yenə mənim dərmanlarımı vaxtlı-vaxtında qəbul etməyimi tapşırdı. Dedi ki, axşam da mütləq zəng edəcəm, sənə sürprizim var. Bildim ki, toyumuzun ildönümü ilə əlaqədar nəsə alıb, nəsə deyəcək. İntizarla axşamı gözləyirdim. Axşam olanda başımdan bərk ağrı qopdu. Həmin vaxt qardaşım Aslan, böyük bacım Tacirə, həyat yoldaşı Rauf bizə gəldilər. Hələ də heç nə ağlıma gəlmirdi. Qardaşım dedi ki, Eldar yaralanıb, bir azdan gələcək. Bir neçə saatdan sonra onu gətirəndə də heç cür inanmaq istəmirdim ki, tabutdakı Eldarın nəşidir...”.

Qeyd edək ki, Eldar Abdullayev 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. Əvvəlcə şəhərdəki 3 nömrəli, sonra isə 35 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin bitirərək, hərbi feldşer ixtisasına yiyələnib. Ağdamdakı Sarıcalı hərbi hospitalında, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında işləyib. 2016-cı ildə baş verən Aprel döyüşlərinin iştirakçısı idi. Baş gizir 2017-ci ildən Beyləqan korpusundakı hərbi hissədə xidmət edirdi. Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib. Yaşadığı küçəyə onun adı verilib, Sumqayıtın 18-ci mikrorayonunda xatirəsinə bulaq inşa edilib.

Qızlarının üçünün də adını özü qoyub. Böyük qızına nənəsinin adını verib. “Mənə nənə, Aysuya quzum deyirdi. Mən elə ata təsəvvür etmirəm. Bir dəfə onun mobil telefonunu oynadanda yoldaşlarının, dostlarının yaddaşda olan bütün nömrələrini pozmuşdum. Kim olsa acı söz deyər, heç olmasa acıqlanar, hirslənərdi. Qətiyyən əsəbiləşmədi. Dedi ki, eybi yoxdur, təzədən yazaram. Evdə olanda axşamlar dondurma alıb gətirər, həyətdə parkda, yelləncəkdə oturub, onunla bir yerdə söhbət edə-edə yeyərdik”, - deyə Asya xatırlayır.

Aysu da unudulmaz bir xatirəsini yada salır: “Məktəbə ataları ilə gedib-gələn uşaqlara həmişə qibtə edirdim. Atam həmişə hərbi hissədə olduğundan bu, çox az hallarda bizə qismət olurdu. 2020-ci ildə ikinci sinfə gedirdim. Atama zəng edib dedim ki, sən gəlib məni ilk dərsə aparmasan, mən məktəbə getməyəcəyəm. Həmin il də hərbi hissədə çox ciddi hazırlıq gedirdi, bəlkə də heç icazə vermirdilər. Sentyabrın 16-sı gecənin yarısı bəlkə də növbədən çıxıb, səhərə yaxın özünü yetirdi. Əlimdən tutub, məni məktəbə apardı və bir də o boyda yolu geriyə - Beyləqana qayıtdı. Bu, onun bizimlə son görüşü oldu”.

Eldar haqqında kim belə təsirli xatirələr, epizodlar danışmır? Bir yerdə xidmət etdiyi zabitlər, əsgərlər, xilas etdiyi döyüşçülər... Heç vaxt heç kimi darda qoymazdı. “Sənin hərəkətin bir ömrü, yaralı bir həyatı xilas edəcəksə, niyə gecikəsən, niyə bunu vaxtında etməyəsən? Mən istəmirəm ki, övlad intizarında olan bircə ananın da gözü yolda qalsın”, - deyirdi.

Elə sonuncu döyüşdə də belə olub. Hadrutda qanlı döyüş zamanı əsgərlərdən biri yaralanıb. Eldar cəld özünü onun köməyinə çatdırmaq istəyib. Elə bu vaxt onlar ermənilərin pusqusuna düşüblər. Yaxınlıqdakı evlərin zirzəmisində gizlənmiş düşmən əsgərləri onu nişan alıblar. Avtomat gülləsi onun sol qolundan dəymişdi...

Həmin gün Fatimə ilə evlənməyinin 11-ci ili tamam olurdu...

Ahu isə ondan düz 126 gün sonra doğulub, elə bilir ki, atasının adı Vətəndir. Albomda, kitabda harada şəklini görürsə, əlini üstünə qoyub deyir:

- Bu, mənim atamdır...

- Ahu, onun adı nədir?

- Vətən...

Bacılarından fərqli olaraq ona layla deyən də olmayıb. Hərdənbir nağıllar eşidib. Həyatın özündən gələn, gerçək nağıllar. O da belə başlayıb: “Bu dünyada bir Eldar var idi...”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların zəlzələyə davamlılığı 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb VİDEO

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı